Yegişe Gevorkyana dair cinayət işi başa çatdırılaraq məhkəməyə təqdim edilib.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Məhkəmə departamentinin mətbuat xidməti bildirib.
Xatırladaq ki, Ermənistan dövlət sərhəddini qanunsuz keçdiyinə görə Gevorkyana qarşı cinayət işi açılıb. Gevorkyan vətənə qayıtdıqdan sonra ona qarşı tətbiq edilən həbs qətimkan tədbiri, sonradan heç bir yerə getməməyə dair iltizamla əvəz edilib.
52 yaşlı Yegişe, onun arvadı Ruzanna və üç uşaqdan ibarət Gevorkyan ailəsi 2010-cu ilin yanvar ayında Ermənistan-Azərbaycan sərhəddini keçərək, Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olublar.
Yegişe və Ruzanna Gevorkyana qarşı Cinayət Məcəlləsinin 329-cu maddəsinin, 2-ci bəndi üzrə ittiham irəli sürülüb.