Azərbaycan ordusunun bölmələri cəbhədə daha bir düşmən pilotsuz uçan aparatını (PUA) məhv ediblər.
Bu barədə Oxu.Az-a Azərbaycan Müdafiə Nazirliyindən xəbər verilib.
Bildirilir ki, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.