Bu yaxınlarda Azərbaycanın AZAL klubundan, Odessanın “Çernomorets” klubuna keçən ukraynalı futbolçu Valeri Kutsenko football.ua-ya müsahibə verib. Oxu.Az həmin müsahibənin maraqlı məqamlarını sizə təqdim edir.
- Ukrayna çempionatına qayıdış sizə evdə olma təəssüratını bağışladımı? Yoxsa “Dnepr-Arena”, Belarus və ya Azərbaycanda keçirilən matçın 90 dəqiqəsi mühit və şəraitə görə eynidir?
- Özümü evdə hiss elədim. Belarus və Azərbaycandan fərqli olaraq Ukraynada matçlara daha çox azarkeş gəlir və burada öz komandaları üçün azarkeşlərin keçirdiyi həyəcan görünür. “Çernomorets”in vətəndə keçirdiyi matçlarına da bu qədər azarkeşin gələcəyinə ümid etmək qalır.
- Siz tendensiyaları qıran insansınız: bizim oyunçularımızın əksəriyyətinin ölkəni dəyişməyə çalışdığı zamanda, siz Ukraynaya qayıtdınız. Bu, necə mümkün oldu?
- Mümkün oldu. Mənim hələ AZAL ilə müqaviləm var idi. Dincəlməyə zaman olduğu üçün məzuniyyətə gəldim. Artıq geri uçmağa hazırlaşırdım, Azərbaycandan zəng etdilər və dedilər ki, klubun maliyyə problemləri var və o, daha legionerləri saxlaya bilmir. Ona görə də artıq Ukraynada variantlar axtarmaq lazım gəldi.
- AZAL-da ümumiyyətlə, Azərbaycanın Yüksək liqasının digər klublarında indi daha çox gəlir əldə etmək mümkündür, nəinki “Çernomorets”də. Gəlin, sizin Ukraynaya qayıdışınızın maliyyə tərəfindən danışaq: əgər əvvəlki klubun problemləri olmasaydı, siz Ukraynada variant axtardığınızı və qayıtmağa cəhd etməyinizi təsəvvür edə bilərsinizmi?
- İş ondadır ki, mən klub axtararkən, nəticədə AZAL-da işə düzələcəyimi düşünmürdüm, Ukraynadan isə heç bir təklif yox idi. Azərbaycandan agent zəng etdi, bu klub ilə variantın olduğunu bildirdi. Mən əvvəldən baxış üçün deyil, birbaşa müqavilə üçün yola düşdüm. İndi isə yayda AZAL-ın problemlərinin olduğunu bildikdə, konkret razılığın əldə olunduğu klub ilə oynamağı qərara aldım. Başqa bir təklif olarsa - hətta başqa bir ölkədən - hər zaman oturub müzakirə etmək imkanı mövcuddur.
- Azərbaycanda AZAL hesablamalara görə zəngin klub idi?
- Yaxşı, orta, maliyyə cəhətdən stabil. Amma mənim bir neçə il öncə oynadığım Ukraynanın orta klublarında məvacib AZAL-da olandan yüksək idi.
- Bizim oyunçular və məşqçilər ora sırf pul üçün gedirlər, yoxsa bu ölkəyə getmək üçün digər səbəblər də mövcuddur?
- Düşünürəm ki, sırf pul üçün.
F.H.
www.oxu.az