Ermənistanda hərbi hissələrin birində hərbçinin meyiti tapılıb.
Oxu.Az-ın erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Fevralın 7-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqavilə ilə xidmət edən əsgər David Armenoviç Manukyanın cəsədi tapılıb", - məlumatda deyilir.
Hadisə ilə bağlı araşdırma aparılır.