Ermənistanda hərbi qulluqçunun odlu silah yarası almış meyiti aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 18-də nazirliyin "N" saylı hərbi hissəsində müqavilə əsasında xidmət edən hərbi qulluqçu N.B.-nin meyiti aşkar edilib. Onun odlu silah yarası aldığı qeyd olunub.
Hadisənin bütün təfərrüatının müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12