Avqustun 31-də Ermənistanın Vaqarşapat (Eçmiadzin) şəhərində icra hakimiyyəti qarşısında silah səsləri eşidilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Novosti Armeniya” məlumat yayıb.
Məlumata görə, polis silahlı insidentin bir neçə nəfər arasında baş verdiyini bildirib. Hadisə yerində 7,62 mm kalibrli gilizlər və rezin dəyənəklər aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri 43 yaşlı Yerevan sakini Roland A. saxlanılıb.