Ermənistan İstintaq Komitəsinin İqtisadi cinayətlərin və qaçaqmalçılığın təhqiqatı üzrə Baş İdarəsinin binasından 590 min dollar (təxminən bir milyon manat - red.) oğurlanıb.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir.
Məlumata görə, pulların saxlandığı seyf 6-cı mərtəbədə olub, cinayətkar saxta müstəntiq icazəsi ilə içəri daxil olub.
Faktla bağlı cinayət işi açılıb.