Ermənistanda hərbi hissənin komandiri iri məbləğlərdə rüşvət almaqda və hədə-qorxu yolu ilə pul qoparmaqda şübhəli bilinir.
Oxu.Az “Sputnik”ə istinadən xəbər verir ki, Ermənistanın İstintaq komitəsi bununla bağlı cinayət işi açıb.
Təhqiqatçılar komandirin kabinetini, həmçinin “Erkrap” könüllülər birliyinin Yerevanın Mərkəzi rayonundakı şöbəsində axtarışlar aparıb. Axtarış zamanı istintaq üçün vacib olan qeydlərin aparıldığı bloknot, həmçinin pul köçürməsinin qəbzi aşkarlanaraq, müsadirə olunub.
Hərbi hissə komandiri barəsində həbs qətimkan tədbiri seçilib.
F.M.
www.oxu.az