Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistanda kütləvi həbslər davam edir - YENİLƏNİB
Ermənistanda polis qüvvələri dövlət idarələrini etrirazçıların hücumundan qorumaq üçün odlu silahdan istifadə edə bilər .
Oxu.Az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Ermənistanın paytaxtında keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı etirazlar davam edir. Yerenvanın mərkəzində təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.
Etiraz hərəkatının lideri, “Çıxış” partiyasından olan deputat Nikol Paşinyan, mitinqdə, polisin aksiya iştirakçılarına atəş açmağa haqqının olmadığını bildirib.
“Zorakı hərəkətlər edən nümayişçilərə qarşı odlu silahdan istifadə etmək, nə deməkdir?! Əlbəttə ki, bu qanunsuzdur. Bütün beynəlxalq normalara ziddir.”,- deyə Paşinyan vurğulayıb.
15:26
Ermənistanda davam edən etiraz aksiyaları çərçivəsində bu gün həbs edilənlərin sayı 100-ə çatıb.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı erməni KİV xəbər yayıb.
Ermənistanda təhlükəsizlik işçiləri Serj Sarkisyanın respublikanın baş naziri postuna təyin edilməsinə etiraz əlaməti olaraq, İrəvanda keçirilən aksiyalarda iştirak edən 100 nümayişçini polis bölməsinə aparıblar.
14:46
Ermənistanda davam edən etiraz aksiyaları çərçivəsində bu gün daha 30 nümayişçi polis bölməsinə gətirilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı erməni KİV xəbər yayıb.
“Polis qanunla müəyyən edilmiş qaydada ictimai asayişin pozulmasına istiqamətli hərəkətlərə yol verən vətəndaşların həbsini davam etdirir. Əgər saxlanılan şəxslər inzibati həbs nəzərdə tutulmuş müddətdə azad olunmursa, demək, onların hər hansı cinayətdə əli olması araşdırılır”, - bu sözləri Ermənistan polisinin ictimai məsələlər üzrə nümayəndəsi Aşot Aqaronyan deyib.
S.M.
www.oxu.az
"Ermənistan" teqi üzrə xəbərlər
- Fransa və Aİ-nin revanşizmə dəstəyi: İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır
- Rusiyada yerli sakini hədələyən erməni polisdən qaçmaq üçün maraqlı üsul seçdi: "Gödəkçə"yə çevrildi
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- Paşinyanla Ermənistan XİN arasında xidməti avtomobil qalmaqalı
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
Rəylər