Ermənistanda naməlum şəxs matəm mərasimi iştirakçılarına atəş açıb. Oxu.Az-ın NEWS.am-a istinadən verdiyi məlumata görə, 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Məlumata görə, naməlum şəxs Araqatsonk vilayətinin Şamiram kəndindəki məzarlığa gələrək matəm mərasimində iştirak edən insanlara atəş açıb. Qeyd edək ki, Şamiram kəndində ölkənin yezidi azlığı məskunlaşıb. Hadisə yerinə gələ hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən insidentin təfərrüatları müəyyənləşdirilir.
İ.F.