Ermənistanda rus, yezidi kürdü, assori və müsəlman kürdlərin sayı orta hesabla 50 faizdən çox azalıb.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 1989-cu ildə Ermənistanda rusların sayı 51 055 nəfər idisə, 2011-ci il əhalinin siyahıya alınmasının nəticələrinə əsasən ölkədə 11 911 nəfər rus qeydə alınıb.
Yezidi kürdlərin sayı hesabat dövrünə uyğun olaraq, 51 976 nəfərdən 35 308 nəfərədək, assorilərin sayı 5 963-dən 2 769 nəfərədək, müsəlman sayılan kürdlərin sayı isə 4 151-dən 2 162 nəfərədək azalıb.
Qeyri-rəsmi mənbələr ötən 5 ildə də ölkənin əsas etnik azlığı sayılanların daha da azaldığını vurğulayır. Məlumatlara əsasən, Ermənistan hakimiyyəti dəqiq statistikanı ictimaiyyətdən gizli saxlayır