Ermənistan hökuməti növbədənkənar parlament seçkisi keçirmək niyyətində deyil.
Oxu.Az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyaya müsahibəsində deyib.
"Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı planlarımız yoxdur. Hər zaman növbədənkənar seçkinin keçirilməsinin mümkünlüyü ilə bağlı müzakirələr olub", - baş nazir bildirib.