Ermənistan Baş Prokurorluğu ölkədə keçirilən Konstitusiya reformaları ilə bağlı referndumun gedişində yol verilən qanun pozuntuları faktı ilə 38 cinayət iş açıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilir.
“Ermənistan Baş Prokurorluğu 487 müxtəlif məlumatı nəzərdən keçirib - KİV yazıları, qeyri-hökümət təşkilatlarının bəyanatları və vətəndaşların yazılı müraciətləri. 38 fakt üzrə cinayət işi başlanılıb”, - məlumatda bildirilir.
Xatırladaq ki, Ermənistanda ölkənin parlament idarəetmə formasına keçməsi ilə bağlı referendum dekabrın 6-da keçirilib. Əksər müxalifət partiya və hərəkatları referendumun gedişində çoxsaylı qanun pozuntularına yol verilməsindən narazıdılar. Hökümət isə bildirir ki, qanun pozuntuları yekun nəticəyə heç bir təsir göstərə bilməz.