Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin “Saakaşvilinin təyinatı - bütün Ukrayna xalqının üzünə tüpürməkdir” ifadəsini şərh edib, Oxu.Az Gazeta-ya istinadən xəbər verir.
“Vladimir Vladimiroviç məni unuda bilmir. O mənim Ukraynadakı işimi çox bəyənir, və mən bunu anlayıram”, - Saakaşvili öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiya prezidenti növbəti dəfə yalan danışıb.
“Amerikalıların mənə viza verməməsi yalandır. Mənim 10 illik turist vizam var”.