Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ermənistanda rus hərbçinin meyiti tapıldı
Ermənistanın Gümrü şəhərində 23 yaşlı rus hərbçinin zorakılığa məruz qalmış meyiti tapılıb.
Bu barədə TASS agentliyi Ermənistanın İstintaq Komitəsinə istinadən məlumat yayıb. Məsələ ilə bağlı cinayət işi qaldırılıb.
Erməni KİV-nin məlumatına görə, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında müqavilə əsasında xidmət edən serjant Aleksandr Babuşkin ölüb.
Məlumata əsasən, hərbçinin üzündə, əlində və ayaqlarında bıçaq izləri olub. Aleksandrın meyiti sentyabrın 10-da, səhər saatlarında tapılıb.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənilər müharibəyə hazırlaşırlar - Postlardan görüntülər
- Paşinyan Rusiyadan NƏ İSTƏYİR? - Tramp İrəvanın planını DƏYİŞDİ
- Milli Məclis Avropa Parlamentinə ETİRAZ MƏKTUBU ünvanladı
- Xankəndidə beş ay əvvəl ölmüş erməni qadının meyitinin Ermənistana aparılması müzakirə olunur
- Səudiyyə Ərəbistanından Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı paylaşım
Ən çox oxunanlar