Müxalif “Maariflənmiş Ermənistan” partiyasından olan millət vəkili Gevorq Qorqisyan Rusiya qoşunlarının Sünik (Zəngəzur) vilayətində yerşləşdirilməsini təklif edib.
Bu barədə TASS məlumat yayıb.
O, partiyanın qurultayında bəyan edib ki, Ermənistan Rusiya ilə hərbi əməkdaşlığını genişləndirməli, həmçinin Azərbaycan-Türkiyə təcavüzünə qarşı dayanmaq üçün Sünikdə Rusiya hərbi kontingenti yerləşdirilməlidir.
Partiyanın proqramını təqdim edən Qorqisyan bildirib ki, Ermənistan öz hərbi qüvvələrini bərpa etməli, ordunu yenidən qurmalı, yeni hərbi doktrina qəbul etməli, sərhədlərinin mühafizəsini isə peşəkarlara tapşırmalıdır.
Rəylər