Ermənistanın Mərkəzi Seçki Komissiyası mövcud olan 2005 seçki məntəqəsinin hər birində səsvermənin nəticələrinin hesablanmasını yekunlaşdırıb.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, MSK-nın ilkin göstəriciləri əsasında rəqabət aparan əsas siyasi qüvvələrin topladıqları səslər məlum olub:
Vətəndaş Sazişi Partiyası - 49.81% (727 160);
"Güclü Ermənistan" bloku - 23.29% (340 062);
"Ermənistan" bloku - 9.94% (145 097);
"Çiçəklənən Ermənistan" partiyası - 4% (58 368).
Səsvermədə iştirak edənlərin ümumi sayı 1 476 916 nəfər təşkil edib.
Ermənistanda keçirilən seçkinin səhər saat 8:30-a olan nəticələri elan edilib.
Oxu.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, 2006 seçki məntəqəsindən 1 924-nün göstəriciləri, yəni bülletenlərin 94%-i artıq hesablanıb. Mövcud statistikaya əsasən, hakim Vətəndaş Sazişi Partiyası 50.07 faiz (689 675 səs) göstərici ilə birinci yerdə qərarlaşıb.
"Güclü Ermənistan" partiyalar alyansı isə 23.35 faiz (321 597 səs) toplayaraq siyahıda ikinci yeri tutur. Səsvermənin nəticələrinə görə, üçüncü sırada 9.96 faizlə (135 808 səs) "Ermənistan" partiyalar alyansı gəlir.
Dördüncü pillədə 3.99 faiz (54 900 səs) nəticə göstərən "Çiçəklənən Ermənistan" Partiyası yer alıb. Beşinci yerdə qərarlaşan "Birlik qanadları" Partiyası hazırkı mərhələdə seçicilərin 2.28 faizinin (31 465 səs) dəstəyini qazanıb.
Mövcud mənzərə dəyişməzsə, yeni çağırış parlamentdə yalnız üç siyasi qüvvə təmsil olunacaq: Vətəndaş Sazişi Partiyası, "Güclü Ermənistan" Partiyası və "Ermənistan" alyansı. "Çiçəklənən Ermənistan" Partiyası isə keçid həddinin bir addımlığında olsa da, tələb olunan baryeri aşa bilmir.
Ermənistanda 2006 seçki məntəqəsindən 1 296-da səsvermənin nəticələri açıqlanıb, ümumi bülletenlərin 55.95 faizi hesablanıb.
Oxu.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) səhər saat 06:30-a olan məlumatında bildirilib.
Bu göstəricilərə əsasən, hazırda hakimiyyətdə olan Vətəndaş Sazişi Partiyası 50.86% (414 608 səs) toplayaraq siyahıya liderlik edir. İkinci pillədə 23.19% (189 050 səs) nəticə göstərən "Güclü Ermənistan" partiyalar bloku qərarlaşıb. Üçüncü yerdə isə 9.6%-lə (78 275 səs) "Ermənistan" partiyalar blokudur.
Çiçəklənən Ermənistan Partiyası 4.1% (33 417 səs) toplayaraq dördüncü mövqedədir. Beşinci sıradakı Birlik Qanadları Partiyasının aktivində isə hələlik 2.3% (18 720 səs) var.