Bu gün səhər vergilərdən narazı qalan ticarətçilər Ermənistan hökumət binası qarşısında toplaşıblar. Onları baş nazir Karen Karapetyan qəbul etməli idi.
Oxu.Az bu barədə erməni KİV-nə istinadən xəbər verir.
Ticarətçilər iddia edirlər ki, baş nazir onlara mütləq qulaq asmalıdır.
Əgər onları qəbul edən olmasa, müsbət cavab alana qədər etiraz aksiyasını davam etdirəcəklər.
N.О.
www.oxu.az