Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənistanda yeni partiya: “Qarabağı birləşdirək və ruslardan qurtulaq”
Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra azadlığa çıxan “Sasna Tsrer” radikal silahlı qruplaşmanın üzvləri siyasi partiyalarının yaradıldığını elan edib.
Qeyd etmək lazımdır ki, “varçapet” bu qruplaşmanı öz qanadları altına alıb.
İndi isə daha ətraflı. Bu insanlar kimlərdir?
Bu şəxslər 2016-cı il iyulun 17-də Yerevanda post-partul idarəsini ələ keçmişdilər. Bu zaman onlar bir polisi qətlə yetirmiş və dörd nəfəri yaralamışdı. Silahlı qruplaşma üzvləri prezident və parlamentin istefasını, etimad hökumətinin formalaşmasını tələb edirdilər və 14 gün müddətində Ermənistan paytaxtını təzyiqdə saxlayırdılar. Onlar həmin il iyulun 31-də təslim oldular.
Silahlı qruplaşmanın bütün üzvləri həbs edilmişdi.
Paşinyanın qanadları
İlk gündən Nikol Paşinyanın “Sasna Tsrer” üzvlərinə qarşı münasibəti yumşaldı. Qrup üzvləri bir-birinin ardınca azadlığa buraxıldılar. Hazırda “dəstə” üzvləri birləşiblər və materialın əvvəlində dediyimiz kimi, Ermənistanda yeni siyasi partiya ayratmağa hazırlaşırlar.
Qrup liderlərindən biri olan Varujan Avestisyan bəyan edib ki, onların yeni partiyası Qarabağın Ermənistana birləşdirilməsinə və Yerevanın Kreml təsirindən azad edilməsinə nail olacaq.
Bu məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hərbiləşdirilmiş qruplaşmanın üzvlərini sərbəst buraxması yaxın gələcəkdə ona baha başa gələcək.
“Əlbəttə, həmin qruplaşma daha əvvəl eks-prezident Serj Sarqsyana qarşı qiyam qaldırmışdı və hələlik Paşinyanla münasibətləri gərgin deyil. Çünki sərbəst qalmalarına görə məhz Paşinyana minnətdar olmalıdırlar.
Ancaq zaman keçdikcə həmin qruplaşma və onların ətrafında toplaşan radikallar Paşinyana problemlər yaratmağa başlayacaqlar”, - ekspert qeyd edib.
“Məsələn onların əsas şüarı olan “Rusiyadan üz çevirək və Qarabağı Ermənistana birləşdirək” bölgədə müharibənin başlanmasına rəvac verə bilər. Ermənistanın həm Rusiyadan üz döndərməsi, həm də “Qarabağı birləşdirməsi” bu ölkənin uçuruma yuvarlanması demək olacaq.
Birinci şüarla Rusiya barışmayacaq, ikinci şüar isə müharibənin başlanması demək olacaq”, - politoloq bildirib.
Ekspertin fikirlərini və bütün faktları yekunlaşdırsaq, belə qənaətə gəlmək olar ki, Ermənistanda yeni problem baş qaldırır və o, batmaqda olan gəmini suyun dibinə apara bilər.
Ə.Ş.
www.oxu.az
"Ermənistan" teqi üzrə xəbərlər
- Fransa və Aİ-nin revanşizmə dəstəyi: İrəvan üçüncü ölkələr vasitəsilə silahlandırılır
- Rusiyada yerli sakini hədələyən erməni polisdən qaçmaq üçün maraqlı üsul seçdi: "Gödəkçə"yə çevrildi
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- Paşinyanla Ermənistan XİN arasında xidməti avtomobil qalmaqalı
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
Rəylər