Ermənistanda alkoqolsuz içkilər zavodunda baş verən partlayış nəticəsində dağıntı təhlükəsi və yaralılar var.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu haqda yerli Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İnformasiyaya əsasən, hadisə yerində xilasedicilər işləyir.
Məlumata görə, partlayış sentyabrın 25-də, yerli vaxtla saat 11:00 radələrində baş verib.
Hadisənin səbəbi araşdırılır. Xəsarət alanların sayı və dağıntının vurduğu ziyan dəqiqləşdirilir.
Qeyd edək ki, “Sipan” zavodu Kotayk vilayətinin Abovyan şəhərində yerləşir.
N.О.