Ermənistanın yeganə aviadaşıyıcısı olan - “Air Armenia” şirkəti dekabrın 20-dək fəaliyyətini dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə erməni mətbuatı şirkətin rəsmi məlumatına istinadən xəbər yayıb.
Bildirilir ki, Rusiyanın “Rosaeronaviqasiya” federal xidməti sentyabrın 21-dən “Air Armenia” aviaşirkətinə Rusiya istiqamətində uçuşların həyata keçirilməsinə dair qoyduğu qadağa ilə əlaqədar olaraq aviabiletlərin satışı 60% aşağı düşüb. Bu qərar “Air Armenia” şirkətində ciddi maliyyə problemlərinə səbəb olub.
İndi şirkət dekabrın 20-dək uçuşların qrafikini dəyişmək, daha çox tələb olunan istiqamətlərə diqqəti artırmaq niyyətindədir. Şirkət həmin tarixədək əlavə maliyyə cəlb etmək və “Air Armenia”ya məxsus “A320” təyyarələrini qaytarmaq məsələsi ətrafında iş aparacaq.