Enerji sisteminin istehsal və veriliş şəbəkələrində baş vermiş qəza Ermənistanın Arayatson, Ararat, Lori, Tavuş və Şirak vilayətlərinin bəzi şəhərlərində və ətraf kəndlərində elektrik enerjisinin verilməsinin tam kəsilməsinə səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, hazırda Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və sistem operatorunun müvafiq qurumunun mütəxəssisləri elektrik təchizatınıbərpa etmək məqsədilə təmir işləri həyata keçirirlər.
Qaynar xətt:
(055) 224 12 12