Yerevan məhkəməsi sabiq prezident Robert Koçaryanı girov müqabilində azadlığa buraxmaqdan imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” prokurora istinadən məlumat yayıb.
Bildirilir ki, məhkəmənin qərarı ilə R. Koçaryanın həbs müddəti daha iki ay uzadılıb.
Xatırladaq ki, R. Koçaryana 2008-ci ildə Ermənistanda kütləvi iğtişaşlar işi üzrə ittiham irəli sürülüb.
Rəylər