Ermənistanın hökumət binasında yanğın baş verib.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yanğını aradan qaldırmaq üçün hadisə yerinə altı yanğınsöndürmə dəstəsi göndərilib. Alovun qəbul otaqlarından birində baş verdiyi deyilir. Xilasedicilər yanğını söndürüb. İçəridə olan mebelin bir hissəsi yanıb.
Yanğının səbəbi araşdırılır.