Eçmiədzində "kimyaçılar" hərbi hissəsində keçirilən əməliyyat tədbirləri Ermənistan Antikorrupsiya Komitəsində açılmış cinayət işi çərçivəsində aparılır.
Oxu.Az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
"Hərbi polisdə ehtimal edilən cinayətlə əlaqədar məlumat Antikorrupsiya Komitəsinə göndərilib və burada qanunla müəyyən edilmiş qaydada araşdırma başlanılıb", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, bu hərbi hissə ilə bağlı cinayət işi daha əvvəl geniş ictimai əks-səda doğurub. Bu iş üzrə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant Andranik Makaryana və bir sıra digər hərbçilərə qarşı ittihamlar irəli sürülüb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları gecə saatlarında Eçmiədzindəki hərbi hissələrdən birində (xalq arasında daha çox "Kimyaçılar" adı ilə tanınır) əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bəzi hərbçilər, o cümlədən yüksəkrütbəli hərbçilər saxlanılıblar.
Qeyd edilir ki, MTX hərbi hissədə əməliyyat tədbirlərini davam etdirir. Axtarışların səbəbi barədə məlumat verilmir.