Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedib.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, D.Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti “Armiya-2018” beynəlxalq hərbi-texniki forumun və “Milli təhlükəsizlik həftəsi” forumunun açılış mərasimində iştirak edəcək.
Ermənistan müdafiə naziri səfər zamanı həmçinin bir sıra işgüzar görüşlər keçirmək niyyətindədir.