Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əsədin qaçmazdan əvvəl zabitlərə dedikləri ortaya çıxdı
Suriya Prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl zabitləri toplayıb və Rusiyanın bu ölkəyə yardım edəcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə brifinqdə iştirak edən zabitlərdən birinin sözlərinə istinadən "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, görüşdə Suriya Müdafiə Nazirliyində ordunun və təhlükəsizlik xidmətinin 30-a yaxın rəhbəri iştirak edib. Əsəd hərbçiləri Rusiyanın hərbi dəstəyinin yolda olduğuna inandırıb və quru qüvvələrini mövqelərini saxlamağa çağırıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, Əsəd ölkədən qaçmaq planlarını gizli saxlayıb və hətta elit 4-cü zirehli diviziyaya komandanlıq edən kiçik qardaşı Mahir Əsədə də açıqlamayıb.
Eks-prezidentə yaxın mənbə bildirib ki, dekabrın 7-də iş gününün sonunda Əsəd köməkçisinə evə getdiyini deyib, lakin bunun əvəzinə hava limanına gedib və oradan Moskvaya uçub.