Suriyada 2011-ci ildən başlayan daxili müharibə davam edərkən ABŞ prezidenti Donald Trampın və suriyalı həmkarı Bəşər Əsədin nümayəndələri arasında görüş baş tutub.
Oxu.Az xəbər verir ki, bu məlumatı Suriya hökumət nümayəndəsi “Reuters” agentliyinə təsdiqləyib.
Görüş zamanı ABŞ Əsədin qarşısına üç şərt qoyub:
- İran Suriyanın cənubundan tamamilə çəkilməli;
- Əncəbi silahlılarla yanaşı, ölkədəki bütün terror qrupları haqqında məlumat verilməli;
- Suriyanın şərqindəki neft ticarətində ABŞ-a da rol verilməlidir.
Mənbə görüşlərin davam edəcəyini açıqlayıb.