Türkiyədə hərbi xidmətdən yeni tərxis olan bir oğlanın qonşusunun həyat yoldaşına söz atmasını öyrənməsi faciə ilə sona çatıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə Türkiyənin Adana şəhərində baş verib. Hərbi xidmətdən gələn 25 yaşlı Sədat Ç. qonşusu 22 yaşlı Əziz Akanın həyat yoldaşına söz atdığını, ona qarşı nalayiq hərəkətlər etdiyini öyrənib.
Bundan qəzəblənən Sədat “söhbəti həll etmək” qərarına gəlib. Əziz Aka ilə mübahisəsi düşən Sədat onu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Cinayətkar qismində saxlanılan Sədat isə məhkəmədə “qəsdən adam öldürmə” maddəsi ilə əvvəlcə ömürlük cəzaya məhkum edilsə də, daha sonra həbs müddəti 11 il 8 aya salınıb.