Estoniyanın Baş naziri Kaya Kallas koronavirusa yoluxub.
Bu barədə o, öz “Twitter” səhifəsində açıqlayıb.
“Bu səhər COVID testi müsbət nəticə göstərdi. Mən evdən işləməyə davam edəcəyəm”, - deyə Kallas yazıb.
O, bütün Estoniya sakinlərini peyvənd vurdurmağa və təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.

Mənbə: Gazeta.ru