Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Etirazçı fermerlərdən Parisdə Makrona “sürpriz” - FOTO/VİDEO
Parisdə hökumətin kənd təsərrüfatı siyasətinə etiraz edən fransalı fermerlər polis səddini yarıb Prezident Emmanuel Makronun olduğu kənd təsərrüfatı sərgisinin keçirildiyi məkana daxil olublar.
Ötən gecə yüzlərlə narazı vətəndaş həmin sərginin keçirildiyi binanın yaxınlığında qurulmuş çadır şəhərciyində gecələyib. Bəzi fermerlər traktorlarla Fransa paytaxtına gəliblər.
Məlumata görə, səhər saatlarında etirazçılar “Port de Versalın” girişinə toplaşıblar. Onlar fit çalıb, hay-küy salıblar. Daha sonra yüzlərlə fermer mərkəzin girişini bağlayan hüquq-mühafizə orqanlarının qurduğu səddi yararaq içəri girə bilib.
Nəticədə mərkəzin ərazisində narazı vətəndaşlarla polis əməkdaşları arasında toqquşma yaranıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları binaya soxulan insanları küçəyə çıxarmağa çalışıblar.
Makron həmin an binanın ikinci mərtəbəsində olub. O, fermerlər və həmkarlar ittifaqları ilə danışmaq istəyib. Lakin kənd təsərrüfatı sənayesinin yalnız bəzi nümayəndələri dövlət başçısı ilə görüşmək istəyiblər. Bir çox fermerlər onun salonda olmasından narazı qalıb, fitə basıblar.
Mənbə: Gazeta.ru
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Makronun Fransa üçün ən böyük "nailiyyəti" - Paris autsayder vəziyyətinə salınıb
- Makron bəzi ölkələrin baş qərargah rəisləri ilə görüşüb
- İtaliyanın baş nazirinin müavini Makronu "dəli" adlandırdı
- BAEA rəhbəri Makronu qınadı: "Bir neçə il əvvəl belə müzakirələr tabu hesab olunardı"
- Azərbaycan və Fransa: Parisin siyasəti Qafqazda Qərb üçün maneə kimi