Yunanıstanın paytaxtı Afinada anarxistlərin keçirdiyi aksiya nəticəsində onlarla bankomat və şəxsi avtomobil yararsız hala düşüb.
TASS bu barədə yerli “Ethnos” qəzetinə istinadən xəbər yayıb.
Məlumata əsasən, anarxistlər polislərə “Molotov kokteylləri” ilə hücum edib.
Hüquq-mühafizə orqanları 40 nəfər aksiya iştirakçısını saxlayıb.
Anarxistlər bir neçə gün əvvəl etiraz aksiyası nəticəsində saxlanılan həmfikirlərinin azad olunmasını tələb ediblər.