Məşhur isveçrəli alpinist Ueli Stek planetin ən yüksək zirvəsi sayılan Everesti fəth istəyərkən ölüb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, 40 yaşlı alpinistin cəsədi Everestdən iki kilometr cənub-şərqdə yerləşən Nupçze dağının ətəyində aşkarlanıb.
“Onun meyiti tapılıb, hazırda Katmanduya aparılır”, - “Seven Summits Treks” şirkətinin məlumatında bildirilir.
Qeyd olunur ki, hadisə bu gün səhər saatlarında baş verib, böyük ehtimalla alpinist donub.
Alpinistin ölümünü Nepalın Turizm Departamenti də təsdiqləyib.
S.B.
www.oxu.az