“Exo Moskvı” radiostansiyası bildirir ki, onlar bütün korporativ sosial media hesablarını silmək və saytı ləğv etmək məcburiyyətində qalıblar.
Məlumatda qeyd olunur ki, “Exo Moskvı” yalnız “YouTube” platformasında yayımını davam etdirib. Hesabların deaktiv edilməsi elanından sonra “YouTube” kanalı da fəaliyyətini dayandırıb.
Öz növbəsində radiostansiyanın baş redaktoru Aleksey Venediktov bildirib ki, Moskva Əmlak Departamenti binanın icarə müqaviləsinə xitam vermək qərarına gəlib, internet provayder isə müqavilənin ləğvi barədə “Qazprom-Media”dan bildiriş alıb.
Mənbə: Meduza