Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əzəli rəqibi “Ayaks”ı meydana çıxmağa peşman etdi - VİDEO
“Ayaks” Niderland çempionatının 29-cu turunda səfərdə 0:6 hesabı ilə “Feyenoord”a uduzub.
Oxu.Az xəbər verir ki, meydan sahibləri hər hissədə üç qol vurublar. İqor Payşao və Yankuba Minte dubla imza atıblar.
Qeyd edək ki, “Ayaks” son 97 ilin ən böyük məğlubiyyətini yaşayıb. 1927-ci ildə Amsterdam komandası Niderland kubokunda “Tvente”yə 0:7 hesabı ilə uduzub.
“Ayaks” 45 xalla Eredivisie cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Feyenoord” isə 69 xalla ikinci pillədə qərarlaşıb.
Ən çox oxunanlar