2015-ci ilin avqust ayının 28-də Almaniyanın hərbi-hava bazası Şpanqdalemə müvəqqəti olaraq dörd Lockheed Martin F-22A Raptor amerikalı qırıcısının ardınca, avqustun 31-də bu təyyarələrin ikisi Polşanın Lask aviabazasına uçub, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Bu barədə danışan Polşa qoşunlarının press-zabiti Artur Qolavski bəyan edib ki, amerikalılar bu növ təyyarələrin müttəfiqlərinin aerodromlarından fəaliyyət imkanlarını öyrənirlər”.
Lask aerodromunda Polşa HHQ-nin 32-ci taktiki aviasiya bazası yerləşir, onun tərkibinə Lockheed Martin F-16C/D Block 52+ qırıcıları ilə təchiz edilmiş 10 taktiki qırıcı eskadrilya daxildir.
Almaniyaya gəlmiş, indi isə Polşada da olan F-22A təyyarələri Block30 seriyası maşınlarına aiddir. Onlar 2007-ci ildə yığılıb və Tindallda (Florida) yerləşən ABŞ HHQ aviabazasının 325-ci qırıcı qolunun 95-ci qırıcı eskadrilyasının tərkibinə daxildir.
Onların Avropada yerləşməsi sentyabrın ortasına qədər davam edəcək.