Bu gün Abu-Dabidə (BƏƏ) 22-ci şahmat festivalı başa çatıb.
Oxu.Az xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən üç əsas turnirdə Azərbaycan şahmatçıları da iştirak edib.
Əsas usta turnirində bizim aparıcı şahmatçılarımız oynamasalar da, gənc şahmatçılar Nail Bəşirli, Məhəmməd Muradlı belə güclü kampaniyada layiqli 50 faizlik nəticə göstəriblər və öz reytinqlərini gözəçarpacaq dərəcədə yüksəldiblər. Turnirin qalibi isveç Nil Qrandelius olub.

Open turnirdə (şahmatçıların kateqoriyası 2000 ELO vahidindən azdır) 178 şahmatçı arasında ən yaxşı nəticəni Turan Əsgərova göstərib. O, 9 partiyadan 8-də qələbə qazanıb və rəqibləri üçün əlçatmaz olub.
1800 ELO səviyyəsindən aşağı şahmatçılar kateqoriyasında Vüqar Manafov (7 xal) olub, o əlavə meyarlar üzrə İsmayıl İsmayılzadəni geridə qoyub.

Uşaq open turnirində 131 şahmatçı arasında 7 mümkün xaldan 6,5 xal toplayan bakılı şahmatçılar Səid Rəfili və Vüqar Manafov fərqləniblər.
Əlavə meyarlar üzrə Səid daha uğurlu olub, o, əsas kuboku alacaq. Mükafatçılar arasına Adnan Əliyev və Fərid Mustafayev düşüb.
12 yaşa qədər əlavə turnirin yarımfinalını və finalını rəqiblərini məğlub edən Mətin Mürsəlli uğurla keçib.

Festivalın proqramına eyni zamanda qrossmeyster Baadur Cobava ilə oyun da daxil edilmişdi, burada Səid Rəfili fərqlənib, o qalib gəlib. Vüqar Manafov, Sədaqət Abbasova, Seymur Ancuta və Mətin Mürsəlli isə məşhur rəqiblə heç-heçə oynayıblar.
Ailəvi tandem turnirdə də şahmatçılarımız uğurla çıxış ediblər. 21 komanda arasında ata və oğul Mürsəlli üçüncü yeri tutublar, Manafovlar isə dördüncü olublar.
