Fars körfəzi ərəb ölkələrinin əməkdaşlığı Şurasının üzvü (FKƏÖƏŞ) olan ölkələr İranın düşmən hərəkətlərinə yol verdiyi halda əlavə tədbirlər görmək niyyətindədirlər, RİA Novosti xəbər verir.
Fars körfəzi ölkələri həmçinin Ər-Riyadı İranla qarşıdurmasındakı fəaliyyətində dəstəklədilər.
“FKƏÖƏŞ-ə daxil olan ölkələr bu düşmən hərəkətlərinə qarşı durmaq üçün müvafiq əlavə tədbirlər görəcəklər”, - təşkilatın Baş katib Əbdel Lətif əz-Zayani tərəfindən səsləndirilmiş bəyanatında deyilir.