Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fermerlər Fransanın 40 kommunasında etiraz aksiyaları keçirirlər - YENİLƏNİB + VİDEO
Hökumətdən dəstək tədbirləri tələb edən fermerlər Fransanın 40 kommunasında etiraz aksiyaları keçirirlər.
Daxili İşlər Nazirliyi böyük şəhərlərə gedən yolların tamamilə bağlanmasına icazə verməyəcəklərini və ictimai asayişin pozulmasının qarşısını almaq üçün 15 min polis və jandarmadan istifadə etmək niyyətində olduğunu bildirib.
Bundan əvvəl isə həmkarlar ittifaqı liderləri Parisə və digər böyük şəhərlərə yaxınlaşmaların qarşısını alacaqlarına söz vermişdilər.
Mənbə: TASS
14:08
Fransada tibbi daşınma ilə bağlı yeni qaydalara etiraz edən taksi sürücülərinin kütləvi nümayişləri başlayıb.
Aksiyadan çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunur ki, taksi sürücüləri Fransa paytaxtına aparan magistral yollardan birini bağlayıblar.
09:54
Fransada tibbi daşınma ilə bağlı yeni qaydalara etiraz edən taksi sürücülərinin kütləvi nümayişləri bir sıra iri şəhərlərdə və respublikanın magistral yollarında keçiriləcək.
Məlumata görə, nümayişlərin çoxu Fransanın cənubunda planlaşdırılıb. 800-ə yaxın taksi Marseldə və bəzi şəhərətrafı magistrallarda süni şəkildə tıxac yaratmağı planlaşdırır. Bölgənin müxtəlif şəhərlərindən Bordoya 500-800 taksi gedəcək. Bundan başqa, Tuluzada sürücülər Blanyak hava limanına girişi əngəlləmək istəyirlər. Nitsa, Kann, Lion, Ture, İzere, Nansi, Nime və Monpelye şəhərlərində də taksi sürücülərinin kütləvi nümayişləri hazırlanır.
Etirazın səbəbi “Sosial büdcənin maliyyələşdirilməsi haqqında” yeni qanunun 30-cu maddəsi olub ki, bu maddəyə əsasən, taksi ilə həkimə getmək xərclərinin bir hissəsini sığorta yolu ilə ödəmək istəyən xəstələr şəxsi internet platformaları vasitəsilə avtomobil bron etməli olacaqlar. Onlar özləri uyğun taksi parkını təyin edəcək və digər xəstələrlə birgə səfəri təklif edəcəklər.
Qeyd edək ki, hazırda dövlət sığortası səfərin dəyərinin 55%-ni ödəyir.
Mənbə: TASS
Rəylər