Çin şəhərlərindən birində qadın “Ferrari 458” model idman maşınını kirayə götürdükdən bir neçə dəqiqə sonra qəza törədib.
Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə “The Sun” yazır.
Dəyəri 500 min funt-sterlinq (təxminən 1 milyon AZN-dən çox) olan maşının ön hissəsi tamamilə əzilib. Həmçinin qəza zamanı daha iki maşın da ciddi zədə alıb.
Təhlükəsizlik yastıqlarının işə düşməsi “Ferrari”dəki xanımın ciddi zədə almasına imkan verməyib.