Türkiyənin ruhani lideri Fətullah Gülənin Herkul.org saytında “Korrupsiya” başlıqlı söhbəti yayılıb.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, söhbətində camaat lideri son olaylara toxunub, ona qarşı və rəhbərlik etiyi camaatı ittiham edənlərə qarşı sərt mesajlar verib. Hətta onu günahlandıranlara qarşı bəddua edib.
Söhbətdə Türkiyədə ən böyük camaatın lideri bildirib ki, iqtidarda olanlar öz övladına göstərdiyi şəfqəti bütün möminlərə də göstərilməlidir:
“İnsanlara sayğının önəmli tərəfi onları hər zaman Cənab-Haqqın rəhman və rəhimliliyinin bir təcəllası olaraq görmək və bağrına basmaqdır. Onlara qəlbini açmaq və öz övladına qarşı münasibətində olduğu kimi, incə şəkildə qulağını çəkib, yüngülcə itələyə bilərsiniz və hətta bunları etmədən də danlaya bilərsiniz. Bunlar ayrı məsələdir. Ancaq istənilən halda öz övladınıza qarşı şəfqətinizi bütün möminlərə qarşı göstərməlisiniz və bu işdə qüsur olmamalıdır. Məsələn, övladınızın bir səhvi, xətasını gördüyünüz zaman həmən vurub, döymür, ilk növbədə düşünürsünüz ki, “əcəba, nə edim ki, bu vəziyyətdən çıxım, həmçinin övladın mənəviyyatına toxunan bir hərəkət olmasın, incitməyim, özümə qarşı bir təpki və reaksiya ilə qarşılaşmayım”.
Daha sonra çıxışında insanın şəfqətinin şərtlərinə toxunan F.Gülən qeyd edir ki, istənilən vəziyyətdə başqalarının durumu necə olmasından asılı olmayaraq müsəlman sünnət cizgisində hərəkət etməli, Quran, sünnət və Raşidi xəlifələrin yolundan çıxmamalıdır.
İftira mövzusuna toxunan F.Gülən qeyd edib ki, insanların haqları mövzusuna toxunaraq insan haqlarına təcavüz edən müsəlmanın qətiyyən cənnətə daxil olması mümkün deyil, hətta gecə-gündüz İslam üçün çalışsalar belə.