Türkiyənin Əskişehir şəhərində keçirilən “Türkvision-2013” musiqi müsabiqəsində Azərbaycan təmsilçisi qalib olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, müsabiqədə ölkəmizi təmsil edən müğənni Fərid Həsənov iştirakçılar arasında 210 xalla qələbə qazanıb.
Müsabiqədə ikinci yeri Belarus, üçüncü yeri isə Ukrayna təmsilçisi tutub.
Qeyd edək ki, F. Həsənov əvvəllər “Next” qrupundan çıxış edib.