FIFA 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının loqosunu təqdim edib.
Məlumat FIFA-nın rəsmi sosial şəbəkə hesablarında dərc edilib.
Yeni loqoya kubokun təsviri və yarışın keçiriləcəyi il işlənilib.
Loqonun təqdimatı Los-Anceles şəhərində ABŞ, Kanada və Meksikadan olan xüsusi qonaqların iştirakı ilə gerçəkləşib.
Qeyd edək ki, mundial elə bu üç ölkədə baş tutacaq. Final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.