Şri-Lankanın cənubunda fil onu hipnoz etmək istəyən adamı tapdalayıb.
Oxu.Az “Ren” TV-yə istinadən bildirir ki, videoda kişinin çöldə otlayan filə yaxınlaşdığı görünür.
O, əli ilə hərəkət edərək fili dayandırmağa çalışıb, lakin fil buna aldanmayıb və kişini tapdalayıb.
Dostu onun köməyinə gəlsə də, artıq gec olub.
Hadisə “Yala” milli parkının yaxınlığında, Kataraqama şəhərində baş verib.
Fil onu hipnoz etmək istəyəni tapdaladı - VİDEO