Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Filippin yenidən təbii fəlakətin mərkəzində: Kanlaon vulkanı püskürdü
Filippinin Neqros adasında Kanlaon vulkanı püskürüb. Kül sütunu 4 km yüksəkliyə qalxıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "South China Morning Post" məlumat yayıb.
Qeyd olunur ki, püskürmə nəticəsində təxminən 4 min metr hündürlüyündə həcmli əyri şleyf əmələ gəlib və cənub-qərbə doğru hərəkət edir.
Vulkan ərazisində üçüncü təhlükə səviyyəsi elan edilib. Bu, yüksək vulkan aktivliyi və qəfil püskürmələrin mümkünlüyünü nəzərdə tutur.
Yerli hakimiyyət orqanları püskürməyə hazır olduqlarını bildiriblər. Onların sözlərinə görə, hələ sentyabr və dekabr aylarında vulkan aktivliyi səbəbindən yaxınlıqdakı kəndlər təxliyə edilib.
Qeyd edək ki, hündürlüyü 2 435 m, əsasının diametri isə 30 km təşkil edən Kanlaon Filippində ən böyük vulkanlardan biridir. O, sonuncu dəfə ötən ilin dekabrında püskürüb. Həmin vaxt 6 kilometrlik təhlükəli zonadan təxminən 47 000 sakin təxliyə edilmişdi.