Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Filippində avtomobil dini yürüşdə iştirak edən insanlara çırpılıb: Ölənlər və yaralananlar var
Cümə günü axşam saatlarında Filippinin Qərbi Neqros əyalətində avtomobilin dini yürüşdə iştirak edən insanlara çırpılması nəticəsində iki nəfər ölüb, doqquz nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, insident Bakolod şəhərində insanlar Ehtiraslı Cümə gününə həsr olunmuş yürüşdən kilsəyə qayıdarkən baş verib.
İlkin araşdırmalara görə, içərisində sürücü də daxil olmaqla, beş Hindistan vətəndaşının olduğu avtomobil üçtəkərli velosipedə, polis patrul maşınına və yürüşdə iştirak edən dindarlara çırpılıb.
Sürücü həbs edilib. Onun sərxoş olması ilə bağlı şübhələr var.
"Filippin" teqi üzrə xəbərlər
- Filippinin Haaqa həbsxanasında olan keçmiş prezidenti mer seçkisində qalib gəldi
- Filippində vulkan püskürməsi: Bəzi uçuşlar təxirə salındı
- Filippində avtomobil aeroportun binasına çırpıldı: Ölənlər var
- Filippində zəncirvari qəza: Çox sayda ölən və yaralanan var
- Filippində timsahla heykəli səhv salan turist həyatının dəhşətini yaşadı - ANBAAN VİDEO