Filippində hərbi təyyarə qəzasında ölənlərin sayı 45-ə çatıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Hazırda xilasetmə axtarış tədbirləri davam etdirilir.
17:18
Filippin Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artmaqda davam edir.
“Inqurier” nəşrinin məlumatına görə, ərazidən tapılan cəsədlərin sayı artıq 31-ə çatıb.
Hadisə nəticəsində 54 nəfər xəsarət alıb. 17 nəfərin taleyi isə hələlik məlum deyil.
14:18
Filippində hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
Hazırda ərazidə axtarış xilasetmə işləri davam etdirilir.
Ölənlərin sayının artacağı istisna olunmur.
11:03
Filippin Hərbi Qüvvələrinin təyyarəsinin ölkənin cənub-qərbində Sulu arxipelağı rayonunda qəzaya uğraması nəticəsində ən azı 17 nəfər həlak olub. Məlumata görə, 40 nəfər xilas edilib.
Xilasedicilər hadisə yerinə cəlb olunub.
09:40
Filippində göyərtəsində 85 nəfərin olduğu hərbi təyyarə ölkənin cənub-qərbindəki Xolo adasına eniş edən zaman qəzaya uğrayıb.
Bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb.