Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Filippində timsahla heykəli səhv salan turist həyatının dəhşətini yaşadı - ANBAAN VİDEO
Filippində turist zooparkda timsahla şəkil çəkdirmək üçün volyerə (hər tərəfdən qəfəslənmiş meydança) girəndən sonra heyvan kişiyə hücum edib.
Oxu.Az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, turist heykəllə canlı timsahı səhv salıb.
"Lalay" ləqəbli dişi sürünən 29 yaşlı turistə hücum edərək, dişlərini onun əlinə batırıb. Daha sonra heyvan qurbanını çevirərək buduna xəsarət yetirib.
Turist volyerdə təxminən yarım saat qapalı vəziyyətdə qalıb. "Lalay"ın baxıcısı həyatını riskə ataraq, timsahın başına sement parçası ilə vurub və turisti xilas edib.
Hadisə yerinə gələn həkimlər yaralını xəstəxanaya çatdırıb və 50-dən çox tikiş vurublar.
"Filippin" teqi üzrə xəbərlər
- Filippinin Haaqa həbsxanasında olan keçmiş prezidenti mer seçkisində qalib gəldi
- Filippində vulkan püskürməsi: Bəzi uçuşlar təxirə salındı
- Filippində avtomobil aeroportun binasına çırpıldı: Ölənlər var
- Filippində zəncirvari qəza: Çox sayda ölən və yaralanan var
- Çin Filippin yaxınlığında ada ələ keçirdi