Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Finlandiya polisi ölkədə Quranın yandırılmasına icazə verməyəcək
Finlandiya polisi Quran kimi müqəddəs kitabların ictimai yerlərdə yandırılmasına icazə verməyəcəyini açıqlayıb.
Finlandiya Milli Polis İdarəsi müqəddəs kitabların yandırılmasını “cəzalandırıla bilən cinayət” kimi qiymətləndirəcək.
“Qurani-Kərimin yandırılması planlaşdırılsa idi, polis nümayişin təşkilatçısına icazə verilməyəcəyini əvvəlcədən xəbərdarlıq edərdi. Bundan əlavə, əgər bu, nümayiş zamanı və ya polisin diqqətini çəkən başqa bir vəziyyətdə baş verərsə, polis müdaxilə edəcək”, - deyə açıqlamada fikirləri yer alan Finlandiya polisi Vesa Pihayoki vurğulayıb.
Xəbərdə Finlandiya qanunvericiliyinin digər Skandinaviya ölkələrindən fərqli olaraq “dini sülhü” qoruduğu və onun pozulmasının cəzalandırıla biləcəyi bildirilib.
Danimarkanın ifrat sağçı partiya lideri Rasmus Paludan yanvarın 21-də Türkiyənin İsveçin paytaxtı Stokholmda səfirliyi qarşısında Qurani-Kərimi yandırıb, izdihamlı polisin müdafiəsi ilə keçirilən aksiya zamanı heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib.
Paludan yanvarın 27-də Danimarkada məscidin qarşısında və Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıb.
Mənbə: Anadolu
"Finlandiya" teqi üzrə xəbərlər
- ATƏT-in fəaliyyətdə olan sədri Cənubi Qafqaz regionuna səfər etməyi planlaşdırır
- Finlandiya XİN: "ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq"
- Baltik dənizində növbəti sualtı kabel zədələnib
- Finlandiya parlamentində narkotik izləri tapıldı
- Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib
Rəylər