"Avropa İttifaqının (Aİ) ən başlıca xarici siyasət hədəfi onun genişləndirilməsidir".
Oxu.Az presidentti.fi saytına istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
"Mənim baxışım belədir: 30 ildən sonra Aİ-nin təxminən 40 üzv dövləti olacaq. Bu isə dünyadakı bütün ölkələrin 20%-i deməkdir. Bütün dövlətlər avrodan valyuta kimi istifadə etməyəcək. Lakin Aİ bugünkündən daha geniş miqyas alacaq. Şəxsən mən bu qurumun tərkibində Qərbi Balkan ölkələrini, Ukrayna və Moldovanı görmək istərdim. Təbii ki, İslandiya, Norveç, İsveçrə və Böyük Britaniyanın da burada olmasını arzulayardım. Kanada ən azı assosiativ üzv statusunda çıxış edəcək. Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan kimi digər ölkələrə gəldikdə isə bu şans onların gələcək inkişafından asılı olacaq", - deyə o qeyd edib.